“Real”ın futbolçusu Messinin yanına gedir?
“Real”ın kapitanı Naço Hernandes cari mövsüm bitdikdən sonra MLS-ə keçə bilər.
Aut.az xəbər veirr ki, bu barədə “Relevo” məlumat yayıb.
Lionel Messinin çıxış etdiyi “İnter Mayami” mərkəz müdafiəçisi mövqeyini gücləndirmək istəyir. Buna görə Naçonu almaqda maraqlıdır. Tərəflər arasında razılıq əldə olunsa, transfer pulsuz baş tutacaq.
Hernandes “Real”ın yetirməsidir. O, 2011-ci ildə əsas komandada debüt edib. Ümumilikdə futbolçu “Los Blancos” üçün bütün turnirlərdə 358 oyun keçirib. Onun aktivində 16 qol və 9 məhsuldar ötürmə var.
34 yaşlı ispaniyalının klubla müqaviləsi 2024-cü ilin iyunun 30-a kimi nəzərdə tutulub.
Qeyd edək ki, Naçonun Səudiyyə Ərəbistanı klublarından da təkliflər aldığı bildirilir.
