DÇ-2026: Səbətlər bəlli oldu
DÇ-2026-nın final mərhələsinin püşkatması zamanı potensial olaraq səbətlər bəlli olub.
Aut.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Yekun püşkatma proseduruna əsasən, turnirin ev sahibliyi edən Kanada, Meksika və ABŞ birinci səbətdə yer alacaq, qalan komandalar isə dünya reytinqinə əsasən, hər biri 12 komandadan ibarət dörd səbətə bölünəcək.
Bütün səbətlərin siyahısı:
Səbət 1: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.
Səbət 2: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İrlandiya, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya.
Səbət 3: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.
Səbət 4: İordaniya, Kapo Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, Avropa Pley-off qalibləri A, B, C və D, Qitələrarası Pley-off qalibləri 1 və 2.
Aut.az
