İngiltərə

Gələcəyi haqda danışdı: Buna layiqəm

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Riç Fey sosial şəbəkələrdə on Haqdan sitat gətirib.

“Gələn həftə danışıqlar olacaq? Xeyr, klubla artıq hər şeyi müzakirə etmişik və bazar günü tətilə gedəcəyəm. Düşünürəm ki, buna layiqəm”, – Ten Haq bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Mançester Yunayted” rəhbərliyinin bu gün, mayın 25-də baş tutacaq İngiltərə Kubokunun finalından sonra komandanın baş məşqçisi Erik ten Haqı istefaya göndərəcəyi ilə bağlı məlumat yayılmışdı.

Aut.az