“Trabzonspor” bu ukraynalını istəyir
“Trabzonspor ” “Brügge”nin futbolçusu, icarə əsasında “Valensiya”da çıxış edən 28 yaşlı ukraynalı Roman Yaremçukla ciddi maraqlanır.
Aut.az xəbər verir ki, “Valensiya” ukraynalının müqaviləsini satın almayacaq və “Brügge” də ukraynalını yenidən icarəyə vermək istəmir. Amma forvardı satmaq təkliflərini nəzərdən keçirməyə hazırdır.
“Trabzonspor” Yaremçuka yeganə iddialı deyil, lakin Türkiyə klubu ukraynalının transferinin mümkün qədər tez başa çatdırılmasını istəyir ki, komanda yeni mövsümə gücləndirilmiş hücumçu mövqeyi ilə başlaya bilsin.
Yaremçukun “Brugge” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Forvardın “Transfermarkt”da təxmini dəyəri 4 milyon avrodur.
Aut.az
