Messinin “Qızıl top” almasını ələ saldı, Ronaldo layk etdi – FOTOFAKT
İspaniyanın “AS” qəzetinin baş redaktor müavini Tomas Ronsero öz İnstaqram səhifəsində “İnter Mayami” argentinalı hücumçusu Lionel Messinin “Qızıl top”u almasını ələ salıb.
“Salam dostlar. Bildiyimiz şey baş verdi: Messiyə bir daha “Qızıl top” verdilər.
Dünya kubokunu qazandı, bəli, yaxşı, amma altı penalti ilə. Dünya çempionatı on ay əvvəl, noyabrda idi.
Messinin 5 “Qızıl top” almalı olduğu halda səkkiz “Qızıl top”u var. O, İnyesta/Xavi, bir mövsümdə altı kubok qazanan Levandovski və ən yaxşı bombardir olan Haalandın “Qızıl top”una sahibdir”, – Ronsero paylaşdığı videoda deyib.
Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı ulduzu və Messinin əzəli rəqibi Kriştiano Ronaldo Roderonun paylaşımını bəyənib və 4 gülüş emojisi qoyub.
Ronaldo Messidən sonra ən çox “Qızıl top” mükafatına layiq görülən futbolçudur – 5 dəfə.

Aut.az
