Güləş

Nihad Quluzadə gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

Aut.az xəbər verir ki, idmançımız finalda türkiyəli Mert İlbars ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.

Qeyd edək ki, əvvəlki iki günün nəticələrinə əsasən, Azərbaycan millisinin hesabında 4 mükafat var. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.