Final oyununu qadın hakim idarə edəcək
Yunanıstan Futbol Federasiyası ölkə kubokunun final oyununu qadın hakim idarə edəcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, mayın 25-də Volosda “Panatinaikos” və “Aris” Yunanıstan Kubokunun finalında oynayacaq.
Həlledici qarşılaşmanın baş hakimi fransalı Stefani Frappart olacaq.
40 yaşlı Frappart kişilər arasında dünya çempionatı matçında hakim kimi fəaliyyət göstərən ilk qadın olub: 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya milli komandaları arasında oyunu idarə edib.
Eyni zamanda, Frappart Avro-2024 oyunlarında çalışacaq hakimlər siyahısına daxil edilməyib.
Aut.az
