Ronaldo “Valyadolid”in satışından nə qədər qazana bilər?
“Valyadolid”in əsas səhmdarı olan məşhur braziliyalı futbolçu Ronaldo Nazazrio klubu yerli inşaat şirkəti “İnexo”ya satmaq üçün müqavilənin şərtlərini razılaşdırıb.
Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.
Bildirilir ki, martın sonunda Ronaldo klubu “İnexo”ya satmaq niyyəti haqqında bəyannaməyə imza atıb. Orada potensial müqavilənin şərtləri göstərilib. Bəyannaməyə əsasən, sövdələşmənin ilkin dəyəri klubun 49%-i üçün 28,7 milyon avro təşkil edəcək.
Eyni zamanda, “Inexo” 2028-ci ildən 2030-cu ilə qədər Primerada çıxış edəcəyi təqdirdə 10 milyon avroya, Sequnda Divizionunda çıxış edəcəyi təqdirdə isə 5 milyon avroya klubun qalan 16,7%-ni Ronaldodan almağı öhdəsinə götürüb. Beləliklə, minimum əməliyyat məbləği 33,7 milyon avro təşkil edəcək.
Niyyət bəyannaməsi məsləhət xarakteri daşıyır və Ronaldo hələ müqavilə ilə bağlı yekun qərar verməyib.
Qeyd edək ki, Sequndada mövsümünün bitməsinə iki tur qalmış “Valyadolid” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və La Liqaya qayıtmaq şansı yüksəkdir.
Aut.az
