Ramos onun qərarına belə reaksiya verdi: Həmişə komandamdasan
“Real”ın keçmiş mərkəz müdafiəçisi və kapitanı, hazırda “Sevilya”da çıxış edən Serxio Ramos Toni Kroosun Avro-2024-dən sonra karyerasını bitirmək qərarına reaksiya verib.
Aut.az xəbər verir ki, Ramos bu barədə sosial şəbəkə hesabında yazıb.
“Sizinlə çoxlu xüsusi anları və uğurları bölüşmək mənim üçün xoş idi. Siz unikal oyunçu və müstəsna bir insansınız, ən yaxşılardansınız. Həmişə komandamdasan, Antonio. Yeni həyatınızdan və hələ bir neçə fəsli qalmış gözəl karyeranızla bağlı xatirələrdən həzz alın”, – Ramos yazıb.
Alman futbolçu 2014-cü ildən “Los Blancos”da çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 463 matçda iştirak edib (28 qol və 98 məhsuldar ötürmə). Bundan əvvəl futbolçu “Bavariya” və “Bayer”də də oynayıb.
Aut.az
