Dünya futbolu

Qardaşı da ayrılır: Bu klubla anlaşıb

Kilian Mbappenin kiçik qardaşı Ethan Mbappe PSJ-dən ayrılmağa yaxındır.

Aut.az xəbər verir ki, jurnalist Santi Aounanın sözlərinə görə, müqaviləsi bu yay başa çatacaq 17 yaşlı yarımmüdafiəçi “Lill”lə şifahi razılığa gəlib və tərəflər artıq futbolçunun tibbi müayinədən keçməsinə razılaşıb.

Bu mövsüm Ethan Mbappe PSJ-nin Liqa 1-də 3 oyununda və Fransa Kubokunun 2 oyununda iştirak edib.

Bundan əvvəl onun böyük qardaşı Kilian Mbappenin mövsümün sonunda PSJ-ni tərk edəcəyi məlum olub. Onun növbəti klubu “Real” olacq.

Aut.az