Əlacsız qalan “Bavariya” indi də bu məşqçiyə üz tutdu
“Brentford”un baş məşqçisi Tomas Frank “Bavariya”da Tomas Tuxelin yerinə potensial namizədlər sırasındadır.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Kristian Falk məlumat verib.
Mənbənin qeyd etdiyi kimi, Münhen klubunun bossları İngiltərə Premyer Liqa klublarına rəhbərlik edən məşqçilər arasından komandanın baş məşqçisi postuna namizədləri izləyir. Beləliklə, “Bavariya” ötən 2023/2024 mövsümünün sonunda “Brentford”u liqada saxlayan Tomas Frankı hədəf alıb.
Artıq İngiltərə klubunun çalışdırıcısı ilə danışıqlara başlanıldığı bildirilir.
50 yaşlı Frank 2018-ci ilin oktyabrından “Brentford” klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda 2020/2021 mövsümünün sonunda İngiltərə Premyer Liqasına yüksəlib. “Brentford” cari mövsümü 39 xalla 16-cı pillədə bitirib.
“Bavariya” Bundesliqanı 3-cü pillədə başa vurub. Qeyd edək ki, Münhen komandası bu mövsüm titul qazanmayıb.
Aut.az
