Dünya futbolu

Şok iddia: Maradonanın hərraca çıxarlan “Qızıl top”u oğurluqdur

Dieqo Maradonanın varisləri Argentinanın 1986-cı ildə Dünya Kubokunu qazanmasından sonra ona verilən “Qızıl top”un hərracını dayandırmaq üçün məhkəməyə müraciət edəcəklər.

Aut.az xəbər verir ki, bu barədə onların vəkili “Associated Press”ə bildirib.

Turnirin ən yaxşı oyunçusuna verilən “Qızıl top” kuboku müəmmalı şəraitdə onilliklər ərzində qeyb olub. Bu yaxınlarda yenidən ortaya çıxıb. Keçən həftə “Aguttes” hərrac evi bildirib ki, gələn ay titul Parisdə hərraca çıxarılacaq.

Maradonanın varisləri kubokun oğurlandığını iddia edərək hazırkı sahibinin onu satmağa haqqı olmadığını deyirlər.

Hüquqşünas Gilles Moryer Nanterre məhkəməsinin sədrinə “Qızıl top”un hərracdan çıxarılması üçün təcili müraciət edəcəyini söyləyib. O, AP-yə bildirib ki, kubokun məhkəməyə verilməsini də tələb edəcək və oğurluğa görə şikayət ediləcək.

Qeyd eədk ki, 2020-ci ildə 60 yaşında vəfat edən Maradona 1986-cı ildə Meksikada keçirilən turnirin finalında Qərbi Almaniyaya qalib gələn (3:2) Argentina yığmasının kapitanı olub.

Aut.az