Dünya futbolu

Millidəki karyerasını başa vurdu

“Barselona”nın futbolçusu Serxio Buskets millidəki karyerası ilə bağlı yekun qərar qəbul edib.

Aut.az  xəbər verir ki, təcrübəli yarımmüdafiəçi İspaniya millisindəki karyerasını başa vurub.

Buskets 2009-cu ildən milli komandada çıxış edirdi.

34 yaşlı futbolçu millidə 143 matça çıxıb və 2 qol vurub.