Nəhayət görüşdülər: Nə qədər pul təklif ediblər?
İtaliya məşqçi Antonio Konte nəhayət “Napoli” ilə anlaşmaq üzrədir.
Aut.az “Sportitalia”ya istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Turində Neapolitan klubunun nümayəndələri ilə görüşüb. Məşqçiyə 6,5 milyon avro maaş və 2 milyon bonus təklif olunub. Rəhbərliyin Kontenin qarşısına qoyduğu minimum vəzifə növbəti mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmaq olub.
Kontenin son iş yeri 2023-cü ilin martında tərk etdiyi “Tottenhem”də olub.
Qeyd eədk ki, “Napoli” hazırda A Seriyasının turnir cədvəlində 9-cu yerdədir. Komandaya Françesko Kalzona başçılıq edir.
Aut.az
