İdman direktoru qovuldu
“Roma” klubu idman direktoru Floran Qizolfi ilə əməkdaşlığa son qoyub.
Aut.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb.
Qizolfinin istefası barədə ilk xəbərlər ötən axşam yayılıb. Bu gün isə mətbuat konfransında klubun təcrübəli funksioneri Klaudio Ranyeri bu məlumatı təsdiqləyib.
Fransız mütəxəssisin yerinə əsas namizəd kimi Federiko Massaranın adı çəkilir. O, daha əvvəl 2011, 2016 və 2018–2019-cu illərdə “Roma”da çalışıb. Həmçinin “Palermo”, “İnter” və “Milan”da, son olaraq isə 2024–2025-ci illərdə “Renn” klubunda idman direktoru vəzifəsini tutub. Lakin yaxın zamanda Fransız təmsilçisindən ayrılıb.
Floran Qizolfi “Roma”ya 2024-cü ilin yayında qoşulmuşdu. O, daha əvvəl “Lans” və “Nitsa”da da eyni vəzifədə çalışmışdı.
Xatırladaq ki, “Roma” ötən mövsümü A Seriyasında beşinci pillədə başa vurub və bu müddət ərzində üç müxtəlif baş məşqçi ilə çalışıb.
Aut.az
