Dünya futbolu

Donnarummanın ən yaxşı seçilməsi aranı qatdı: Layiq deyil

“Nitsa”nın və Fransa millisinin müdafiəçisi Jan-Kler Todibo Fransa Futbolçular və Məşqçilər İttifaqının versiyasına görə PSJ-nin qapıçısı Canluici Donnarummanın Liqa 1-də mövsümün ən yaxşı qapıçısı seçilməsini tənqid edib.

Aut.az xəbər verir ki, Todibonun fikrincə, ən yaxşı qapıçı onun komanda yoldaşı Marçin Bulka olmalı idi.

“Marçin bu mərasimə gəldiyinə görə ondan incimişəm. O, ən yaxşı qapıçıdır. Heç bir Liqa 1 qapıçısı bu mövsüm ondan yaxşı olmadı və ya onun qədər komandasını xilas etmədi. O, əla idi. Eşitdim ki, bəzi insanlar səsvermənin nəticələrindən məyus olublar, çünki onlar “Lill”in qapıçısı Lukas Şevalyerin ən yaxşı qapıçı mükafatına layiq olduğunu düşünürlər. Lakin Liqa 1-in ən yaxşı qapıçısı, şübhəsiz ki, Marçin Bulkadır”, – Todiboya istinadən “Getfootballnewsfrance” məlumat yayıb.

Bu mövsüm Bulka Liqa 1-də “Nitsa”nın heyətində 32 oyun keçirib, 25 qol buraxıb, 17 görüşdə qapısını toxunulmaz saxlayıb.

Donnarummanın statistikası 25 matçda buraxılan 20 qol və 11 quru oyundur.

Aut.az