Dünya futbolu

Ronaldonun rejimi: Bu saatdan sonra mənə zəng etməyin

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo bədənini optimal vəziyyətdə saxladığı nüanslardan birini açıqlayıb.

Aut.az xəbər verir ki, Ronaldonun sözlərini “Mundo Deportivo” sitat gətirib.

“Mən heç vaxt axşam saat 10-dan sonra, hətta telefonla danışmıram. Bu saatdan sonra mənə zəng etməyin. Beynimə istirahət verməyi xoşlayıram

Peşəkar futbolçusansa, fədakarlıq olmalıdır. Mən kim olduğum və futbolçu karyeram üçün yaşayıram. Amma təbii ki, ailəmlə vaxt keçirməyi, kinoya və ya yeməyə getməyi çox sevirəm. Hər bir idmançının öz xüsusiyyətləri və ehtiyacları var”, – Ronaldo bildirib.

Aut.az