Gicgahından zərbə alan boksçu öldü
29 yaşlı britaniyalı boksçu Şerif Laval mayın 12-də Londonda keçirilən turnirdə peşəkar debütündə aldığı zərbədən sonra dünyasını dəyişib.
Aut.az xəbər verir ki, idmançı temporal bölgədən zərbə alıb, bundan sonra huşunu itirib. Həkimlər 10-15 dəqiqə Lavalı xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Boksçunun rəqibi Portuqaliya təmsilçisi Malam Varela olub.
“BoxingScene”in məlumatına görə, üçüncü raundun sonuna qədər mübarizə bərabər şəkildə gedib. O zaman Şerif qonka bir neçə saniyə qalmış zərbə alıb. Dördüncü raundun əvvəlində Laval sağ gicgahından zərbə alıb. Bundan sonra o, özünü kəndirlərə tərəf sıxlıb və bir neçə saniyədən sonra yıxılıb.
