PSJ-yə məlumat verəcək: “Barsa”ya qayıtmaq istəyir
İcarə əsasında “RB Leipziq”də oynayan PSJ-nin 21 yaşlı yarımmüdafiəçisi Javi Simons “Barselona”ya keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bildirilir ki, futbolçu “Barselona”nı çox bəyənir və yetişdiyi kluba qayıtmaq üçün əlindən gələni edəcək. Futbolçunun müqaviləsində bənd var ki, PSJ onu növbəti mövsüm üçün heyətdə saxlamamaq qərarına gəlsə, gələcəyi ilə bağlı qərarları Simons özü verəcək. O, tezliklə bu barədə Paris rəhbərliyinə məlumat verəcək.
Bu mövsüm Simons Almaniya klubunun heyətində bütün turnirlərdə 42 oyun keçirib, 9 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun alman klubu ilə icarə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Məşhur “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 80 milyon avrodur.
Aut.az
