Ronaldo qol vurdu, komandası… – VİDEO
Səudiyyə Ərəbistanı çempionatında 31-ci turunun oyunları keçirilir.
Aut.az xəbər verir ki, Kriştitano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” səfərdə “Əl-Oxdud”u 3:2 hesabı ilə məğlub edib. Portuqaliyalı futbolçu bu görüşdə komandasının qələbəsinə qolla töhfə verib. Onun komanda yoldaşı Marselo Brozoviç isə dubla imza atıb.
Qeyd edək ki, “Əl-Nəsr” 77 xalla ikinci sırada qərarlaşıb. Ər-Riyad təmsilçisi lider “Əl-Hilal”dan 9 xal geri qalır.
