Çempionlar LiqasıAlmaniya

Nonsens: ÇL-in finalında uduzsa, daha çox qazanacaq, nəinki qalib gəlsə

“Borussiya Dortmund” üçün Çempionlar Liqasının finalında “Real Madrid”ə (1 iyun, London) məğlub olmaq, qalib gəlməkdən maddi baxımdan  daha sərfəlidir.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu AS nəşri yazıb.

Onların məlumatına görə, Cud Bellinqemin “Borussiya”dan “Real Madrid”ə transferi ilə bağlı müqaviləsində Madrid klubunun Çempionlar Liqasını qazanacağı təqdirdə 5 milyon avro mükafat nəzərdə tutulub.

Eyni zamanda “Borussiya” Çempionlar Liqasının qalibi olsa, UEFA-dan 4,5 milyon avro alacaq.

Aut.az