“Tipik ispan sualıdır, həmişə neqativ”
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında mümkün məğlubiyyətə necə reaksiya verəcəyi barədə sualı cavablandırıb.
Aut.az xəbər verir ki, Enrike “turnirdən kənarlaşdırılmağı uğursuzluq hesab edərdinizmi” sualına belə cavab verib:
“Tipik ispan sualıdır. Həmişə neqativ. Həyat davam edir. Günəş çıxacaq və Parisdə günəşli olanda həmişə gözəl olur.
Hətta rəqibimiz qələbəyə layiq olmasa belə onu alqışlayacağıq.
Rəqibi təbrik edəcəyik və depressiyaya düşsək belə, qürurla deyəcəyik: “Gələn mövsüm qayıdıb bunu yenidən edəcəyik”.
Aut.az
