WBC versiyasında ağır çəkili kəmər sahibi Tayson Fyuri (34-0-1, 24 KO) Səudiyyə Ərəbistanı Baş Əyləncə Təşkilatının sədri Turki Əl-Şeyxin azarkeşlərin onilliklər boyu arzuladığı istənilən döyüşü təşkil edə biləcəyini söyləyib.
Aut.az xəbər verir ki, Fyuri bu barədə Frank Varrenin “Queensberry Promotions” YouTube kanalına müsahibəsində deyib.
“Turki Əl-Şeyx böyük boks həvəskarıdır. O, pərəstişkarların görmək istədiyi bütün döyüşləri barmağını qaldırmaqla reallaşdırmaq qabiliyyətinə malikdir. Ona görə də bu döyüşlər gedir. Döyüşləri təşkil etməyin nə qədər çətin olduğunu bu illər ərzində görmüşük. İndi Əl-Şeyx xəzinədardır, ona görə də sözün əsl mənasında istədiyi döyüşü təşkil edə bilər.
O, Mayk Taysonu İsaak Lou ilə müqayisə edə bilər. O, Lennoks Lyuisi Vitali Kliçko ilə revanş matçı üçün rinqə qaytara bilər. O, Kliçkoya qarşı Usik döyüşünü keçirə bilər. O, istənilən döyüşü təşkil edə bilər”, – Fyuri deyib.
Lyuis-Kliçko döyüşü 2003-cü il iyunun 21-də Los-Ancelesdə baş tutub. Lennoksun IBO, WBC və The Ring dünya titulları təhlükə altında idi. 6-cı və 7-ci raundlar arasındakı fasilədə doktor Pol Uolles hakim Lou Moretə döyüşü dayandırmağı tövsiyə edib. Vitalinin zədələnməsinə görə Lyuis texniki nokautla qalib gəldi. Hər üç hakimin qeydlərinə əsasən, Vitali Kliçko 58:56 hesabı ilə qalib gəlib. Bu döyüşdən sonra Lyuis ukraynalı ilə revanş keçirmədən təqaüdə çıxdı.
Qeyd edək ki, Lyuisin hazırda 58, Vitali Kliçkonun 52, Vladimir Kliçkonun 48 yaşı var.
Aut.az