Əfsanəvi Şevçenkonun nailiyyətini təkrarladı
Mayın 4-də “Jirona” və “Barselona” komandaları arasında La Liqanın 34-cü turunun oyunu keçirilib. Oyun 4:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
“Qırmızı-ağlar”ın hücumçusu Artyom Dovbik start heyətində yer alıb. Dovbik bütün oyunu meydanda olub və bir qol, bir məhsuldar ötürmə edib.
Artyom La Laqada 20-ci qolunu vurub. O, son 20 ildə Avropanın ən yaxşı 5 liqasında 20+ qol vuran ilk ukraynalı futbolçu olub.
Sonuncu dəfə belə bir nəticəyə 2003/04 mövsümündə İtaliya A Seriyasında “Milan”ın heyətində 24 qol vuran əfsanəvi ukraynalı Andrey Şevçenko nail olub. Qeyd edək ki, 2004-cü ildə Şevçenko “Qızıl top”u qazanıb.
Aut.az
