İspaniya

“Real”da böhran iclası: Arbeloa onları topladı

“Real”ın baş məşqçisi Alvaro Arbeloa La Liqada ardıcıl ikinci məğlubiyyətdən sonra komanda daxilində böhran iclası keçirib.

Aut.az xəbər verir ki, Bu barədə COPE məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ispaniyalı mütəxəssis əvvəlcə kapitanlarla, daha sonra isə bütün heyət və məşqçilər korpusu ilə görüşüb. Arbeloa toplantıda mövsümün son mərhələsində əlavə səylərin göstərilməsini tələb edib.

Qeyd olunur ki, “kral klubu”nun futbolçuları vəziyyətin nə qədər həssas olduğunu dərk etsələr də, mövsümü uğurla başa vurmaq ümidini itirməyiblər.

Martın 2-də Madrid təmsilçisi La Liqanın 26-cı turunda “Xetafe”yə 0:1 hesabı ilə uduzub. Bundan əvvəl isə 25-ci tur çərçivəsində “Osasuna”ya 1:2 hesabı ilə məğlub olublar.