“MLS onun üçün uşaq meydançasıdır”
ABŞ yığmasının sabiq futbolçusu Herkules Qomes Lionel Messinin MLS-dəki çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.
Aut.az xəbər verir ki, Qomes bu barədə ESPN-ə dnışıb.
“O, MLS -də gördüyüm ən yaxşı oyunçudur . Bunun sirr olduğunu düşünmürəm. Məncə, bu barədə mübahisə etməyə dəyməz. Bu adamın statistikasına baxın: bütün yarışlarda on oyunda 11 qol və 9 məhsuldar ötürmə. Altı MLS oyununda doqquz qol.
“İnter Mayami” ilə müqavilə bağladığı vaxtdan 24 oyun keçirib. Onun aktivində 22 qol və 11 məhsuldar ötürmə var.
Bu adam reklam edildiyi qədər yaxşıdır. O həmin Messidir. MLS onun uşaq meydançasıdır. Onun fonunda bütün rəqiblər həvəskar kimi görünür. O, sağlam olanda, formada olanda və meydanda olanda qarşısıalınmazdır”, – Qomes deyib.
Aut.az
