Avro-20024-ü qalib bu 3 yığmadan biri olacaq – Mourinyonun proqnozu
“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo AVRO-2024-ün əsas favoritlərini sadalayıb.
Aut.az xəbər verir ki, Mourinyo bu barədə “Metro”ya danışıb.
“Məncə, üç ən güclü komandadan biri qalib gələcək – Portuqaliya, Fransa və ya İngiltərə. Sürprizlər olur, bəli, amma oyunçuların keyfiyyətinə və kəmiyyətinə baxanda, düşünürəm ki, Portuqaliya bu turnirə qalib gəlmək üçün getməlidir”, – Mourinyo bildirib.
Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Aut.az
