Çempionlar Liqası

Media bizi favorit sayır? – Futboldan anlayışları yoxdur

PSJ-nin baş məşqçisi Luis Enrike mətbuatın onun komandasını Dortmund “Borussiya”sı ilə Çempionlar Liqasının yarımfinal matçlarında favorit saymasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Enrike medianın futboldan anlayışının olmadığını bildirib.

“Mətbuat PSJ-ni favorit adlandırır? Ona görə deyirəm ki, mətbuat futbol haqqında demək olar ki, heç nə bilmir. Bağışlayın…

Biz Avropanın xüsusi stadionunda xüsusi matçdan həzz almaq və finala yüksəlməklə azarkeşlərimizi sevindirməyə çalışmaq istəyirik”, – jurnalist Adrian Qrayner “X” sosial şəbəkəsində Enrikedən sitat gətirib.

Xatırladaq ki, komandalar arasında ilk oyun bu gün – mayın 1-də Dortmunddakı “Signal İduna Park” stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az