“Borussiya” PSJ-ni qəbul edir
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Aut.az xəbər verir ki, 1/4 finalda “Barselona”nı mübarizədən kənarlaşdıran PSJ Almaniyada Dortmun “Borussiya”sının qonağı olacaq. Matça saat 23:00-da start veriləcək.
Komandalar arasındakı cavab görüşü mayın 7-də olacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
1 may
23:00 Borussiya (Dortmund, Almaniya) – PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə)
