Mərkəzdən vurulan qol – VİDEO
ABŞ-da MLS-in adi mövsümünün “Filadelfiya” – “Sietl” matçında maraqlı an yaşanıb.
Aut.az xəbər verir ki, qonaqların görüşdəki ilk qolu gözəl alınıb. 13-cü dəqiqədə perulu Raul Ruidias mərkəz xəttinin yaxınlığından topu rəqib qapısından keçirib.
Qeyd edək ki, görüş “Sietl”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
