“Siti” yaponu hədəfə aldı: 2 rəqibi var
“Brayton”un hücumçusu Kaoru Mitoma bu yay komandasını dəyişə bilər.
Aut.az xəbər verir ki, yaponiyalı futbolçunun transferində İngiltərə Premyer Liqasının 3 top klubu maraqlıdır. Bu barədə “Fichajes” məlumat yayıb.
Bildirir ki, söhbət “Mançester Siti”, “Arsenal” və “Mançester Yunayted” dən gedir. Mitomun dəyəri 45 milyon avro olaraq qiymətləndirir.
O, cari İngiltərə çempionatında 19 oyun keçirib, üç qol vurub və dörd məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Brayton” Mitomanı 2021-ci ildə “Kavasaki”dən üç milyon avroya alıb.
Aut.az
