İbra onu “Milan”a baş məşqçi gətirmək istəyir
Hazırda “Barselona”ya rəhbərlik edən ispan mütəxəssis Xavi “Milan”ın yeni baş məşqçisi vəzifəsinə namizədlərdən biri hesab olunur.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.
Mənbənin məlumatına görə, Milan klubu Stefano Piolini əvəz edə biləcək mütəxəssisləri fəal şəkildə öyrənir. “Rossoneri”nin sahibinin müşaviri Zlatan İbrahimoviçin mövsümün sonunda “Barselona”dan ayrıldıqdan sonra Xavinin Milana gəlməsini istədiyi vurğulanır.
İtaliya klubunun yeni baş məşqçisi postuna digər potensial namizədlər arasında Ruben Amorim (“Sportinq”), Unai Emeri (“Aston Villa”), Serxio Konseysao (“Portu”) var.
Xatırladaq ki, son aylar “Milan” rəhbərliyinin Piolini işdən çıxarmaq niyyətində olması ilə bağlı söz-söhbətlər güclənib.
Aut.az
