İngiltərə

Format dəyişdi, aşağılar etiraza qalxdı: Boykot edəcəyik

İngiltərənin aşağı divizion klubları İngiltərə kubokunu boykot etməyi düşünür.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

İngiltərə Futbol Assosiasiyası 2024/2025 mövsümündən etibarən turnirin əsas turlarında təkrar oyunların olmayacağını açıqlayıb. Əvvəllər heç-heçə olduğu təqdirdə, komandalar əlavə görüş keçirməli idi.

Birinci mərhələdə kubok uğrunda mübarizəyə aşağı liqaların klubları daxil olur. Premyer Liqa komandaları turnirdə üçüncü mərhələdən çıxış etməyə başlayır. Bu qərar UEFA turnirlərində oyunların sayının artması fonunda FA və Premyer Liqa arasında razılaşma əsasında qəbul edilib.

Mənbənin sözlərinə görə, yüksək liqalarda çıxış etməyən bir neçə klubun rəhbəri əlavə gəlirdən məhrum olacaqları üçün yeniliklərdən hiddətlənib. Onların rəyi nəzərə alınmadan bu qərarın verilməsi etiraza səbəb olub.

Qeyd olunur ki, İngiltərə Kubokunun boykot ediləcəyi təqdirdə bu klublar Premyer Liqadan əlavə həmrəylik ödənişlərindən məhrum olacaqlar.

Aut.az