Devid Bekhem son bir neçə ildə onun adından istifadə edərək saxta məhsullar satan 150-yə yaxın şirkəti məhkəməyə verib.
Aut.az xəbər verir ki, Bekhem məhkəmə çəkişməsində qalib gəlib gəlib və sərvət qazanıb.
Bekhemə məxsus şirkət “DB Ventures” təxminən 150 şirkətə qarşı iddia qaldırıb. Keçmiş futbolçunun təşkilatı bir sıra şirkətləri onun şəkli və ya adı olan saxta məhsulları satmaqda ittiham edib. Onların fəaliyyəti sayəsində ingilis külli miqdarda pul itirib.
Saxta mallar əsasən Çin bazarında və onlayn platformalar vasitəsilə satılıb. Bekhemin ittiham etdiyi şirkətlər başqa şeylərlə yanaşı, ingilisin avtoqrafı ilə ayaqqabı, geyim, şəxsi qulluq məhsulları, zinət əşyaları və ya futbol aksesuarları satıb.
“The Sun” qəzetinin yazdığına görə, Bekhem nəhayət səbrini itirərək ayrı-ayrı şirkətləri məhkəməyə verib. 48 yaşlı ingilis məsələyə ciddi yanaşıb.
“İnter Mayami”nin ortaq sahibi hətta ticarət markası üzrə ekspertləri də dəvət edib. Hüquq qrupu “Sladkus Law Group” fırıldaqçıları axtarıb və 150-yə yaxın şirkəti aşkarlayıb.
Bekhemin obrazı ilə saxta mal alveri ingilisin idarə etdiyi “DB Ventures” şirkətinə böyük itkilər gətirdiyindən məşhur futbolçu hər şirkətdən 1,6 milyon avroya qədər pul almaq istəyib.
Amerika məhkəməsində keçirilən proses Bekhemin xeyrinə başa çatıb. “İnter Mayami” rəhbəri təqsirləndirilən şirkətlərdən təxminən 240 milyon funt sterlinq dəyərində böyük bir təzminat alacaq.
Aut.az