Dünya futbolu

Vüsal İsgəndərlinin komandası erməni klubuna uduzdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də çıxış etdiyi Albaniya “Eqnatiya”sı Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib.

Aut.az xəbər verir ki, komanda ilk görüşdə səfərdə 1:1 hesablı heç-heçə etdiyi “Ararat” ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 2:2 hesablı heç-heçəylə başa çatdığından, əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hər komanda 2 qol vurub. Penaltilərlə 5:4 qalib gələn Ermənistan təmsilçisi növbəti mərhələyə keçib.

V.İsgəndərli sözügedən oyun üçün start heyətdə yer alıb və 62-ci dəqiqədə əvəzlənib.