“Neftçi”nin Konfrans Liqasındakı oyunlarının vaxtı açıqlandı
“Neftçi”nin UEFA Avropa Konfrans Liqasındaın II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Aut.az xəbər verir ki, bu, Belarusun “Dinamo” (Minsk) klubunu 2:1 (ilk oyun – 2:2) hesabı ilə məğlub edən Bosniya və Herseqovina “Jelezniçar”ıdır.
“Neftçi” və “Jelezniçar” arasında ilk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.
