Millimiz Avropa çempionatının yarımfinalında
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Andorrada keçirilən Avropa çempionatının C Divizionunda yarımfinala yüksəlib.
Aut.az xəbər verir ki, yığma B qrupundakı son oyununda yerli komandanı məğlub edərək buna nail olub. Gərgin keçən görüşdə 69:64 hesablı qələbə qazanan Azərbaycan seçməsi qrupu birinci pillədə başa vurub.
Qızlar yarımfinalda Gürcüstanla qarşılaşacaqlar. İyulun 22-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
