Əfsanəvi futbolçunun arvadı buna görə boşanıbmış: İdeal ər idi
“Milan”ın və “Real Madrid”in sabiq yarımmüdafiəçisi Kakanın keçmiş arvadı olan Karolina Seliko 2015-ci ildə futbolçudan nəyə görə boşandığını açıqlayıb.
Aut.az xəbər verir ki, nə qədər qəribə də olsa, Karolina Kaka ideal ər olduğu üçün ondan boşadığını bildirib.
“Kaka heç vaxt mənə xəyanət etməyib. Mənə yaxşı münasibət göstərdi, mənə gözəl ailə bəxş etdi, amma xoşbəxt deyildim, nəsə çatışmırdı. Problem onda idi ki, o, mənim üçün çox mükəmməl, ideal idi”, – deyə “X” sosial şəbəkəsində “Football Talk” Selikodan sitat gətirib.
Kaka və Seliko 9 illik evlilikdən sonra boşanıblar. Keçmiş həyat yoldaşlarının İzabella adlı bir qızı və Luka adlı bir oğlu var.
Xatırladaq ki, Kaka 2017-ci ilin dekabrında karyerasını bitirib. Yarımmüdafiəçinin son klubu Amerika “Orlando”su olub. Kaka karyerasında ən çox “Milan”da oyun keçirib – 307.
Aut.az
