Paris sikkəxanası işçilərinin tətili 2024-cü il Olimpiya Oyunları üçün medalların istehsalına təsir etməyəcək.
Aut.az xəbər verir ki, bu barədə təşkilatdan AFP-yə məlumat verib.
“Medalların istehsalına maneə yoxdur. Bütün medallar zərb edilib və biz son mərhələdəyik. Biz hər şeyi vaxtında çatdıracağıq”, – deyə sikkəxanadan bildirilib.
Aprelin 8-də, təxminən 50 zərbxana işçisinin təşkilatın Parisin mərkəzindəki qərargahı qarşısında nümayiş keçirməsinin, son iki həftə ərzində işlərin dayanmasına səbəb olduğunu, Olimpiya medallarının istehsalına maneə yaratdığı iddia edilirdi. Etiraz edən işçilər qarşıdan gələn Olimpiya və Paralimpiya Oyunları zamanı çalışacaq polis məmurları və tibb bacıları kimi digər dövlət qulluqçularına ödənilən Olimpiya mükafatları tələb edirlər. Ancaq bu bonusların ödənilməsindən imtina edilib. Əvəzində 430 işçinin illik maaşının artırılması ilə bağlı danışıqlar aparılır.
Parisdə keçiriləcək Olimpiya Oyunları üçün ümumilikdə 5 mindən çox qızıl, gümüş və bürünc medal hazırlanacaq. 5084 medalın hər birinin mərkəzində Eyfel qülləsindən xüsusi çərçivədə altıbucaqlı dəmir parçası olacaq. Mükafatlar “Chaumet” zərgərlik evi tərəfindən dizayn edilb.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Aut.az