Basketbol

40 illik rekordu yenilədi

 NBA-nın adi mövsümünün “Şarlott” ilə matçında (130:104) “Dallas”ın üzvü Luka Donçiç 39 xal toplayıb.

Aut.az xəbər verir ki, bununla da o, cari mövsümdə xal hesabını 2341 xala çatdırıb. Bununla yeni rekorda imza atıb. Donçiç bir mövsümdə ən çox xal toplayan Dallas oyunçusu olub.

25 yaşlı basketbolçu 1983/1984 mövsümündən bəri Mark Agirrenin sahib olduğu əvvəlki rekordu (2330 xal) yeniləyib.

Xatırladaq ki, Donçiç bundan əvvəl “Dallas”ın 30 illik üç xallıq atış rekordunu yeniləyib.

Aut.az