İngiltərə

Dəqiqləşdi: Kloppu o əvəz edəcək

Yurgen Klopp cari mövsüm başa çatdıqdan sonra “Liverpul”dan ayrılacağını açıqlayıb. Artıq klub onun əvəzləyicisini tapıb.

Aut.az xəbər verir ki, jurnalist Florian Plettenberqin sözlərinə görə, ingilis nəhəngi “Sportinq”in baş məşqçisi Ruben Amorim ilə razılığa gəlib.

Portuqaliyalı məşqçinin “Liverpul”la 2027-ci ilin yayına qədər müqavilə bağlayacağı gözlənilir.

Qeyd edilir ki, Amorimin 2026-cı ilin yayına qədər müqaviləsi olan “Sportinq”lə “Liverpul” çətin danışıqlar aparacaq.

Amorim 2020-ci ildən “Sportinq”ə rəhbərlik edir. Bu müddət ərzində portuqallar iki dəfə Liqa Kubokunun qalibi olub, hərəyə bir dəfə ölkə çempionluğu və super kuboku qazanıb. Amorimin rəhbərliyi altında “aslanlar” bu mövsüm Portuqaliya çempionatında turnir cədvəlində başçılıq edir.

Aut.az