Müasir dövrün 3 ən yaxşı boksçusu: Əfsanə açıqladı
Dörd çəki dərəcəsində keçmiş dünya çempionu Roy Cons, hazırda planetin ən yaxşı 3 boksçusunun adını çəkib.
“Krouford hazırda çəkidən asılı olmayaraq ən yaxşıdır. Lakin Naoya İnoue onun arxasında olduğunu hiss etdirir. Terens son on ildə dominantlıq edib və heç kim ona yaxınlaşmayıb. Onun P4P reytinqinə başçılıq etməməsinin yeganə səbəbi odur ki, heç kimin ona bu şansı verməyib.
Başqa kim? Dmitri Bivolu qeyd etmək lazımdır. Oğlan uzun müddətdir ki, öz işini görür. O, sübut etdi ki, hər kəsə qalib gələ bilər və Artur Beterbiyevə qalib gələ bilsə, tacı taxacaq”, – Cons deyib.
Aut.az
