Dünya futbolu

Görün karyerası ərzində nə qədər qazanıb

Braziliya millisinin futbolçusu Neymarın peşəkar karyerası ərzində qazandığı məbləğ bəlli olub.

Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna məxsus hücumçu peşəkar futbola başlayandan bəri 933,2 milyon avro əldə edib. Bu məbləğdə maaşlar, sponsorluqlar və bütün digər gəlir mənbələri nəzərə alınır.

Qeyd edək ki, Neymar karyerası ərzində bundan əvvəl “Santos”, “Barselona” və PSJ-də çıxış edib.

Aut.az