Fyuriyə xəbərdarlıq etdi: Ehtiyatlı ol, qanlı olacaq
Britaniyalı ağır çəkili boksçu Derek Çisora əmindir ki, Tayson Fyurinin Aleksandr Usiklə döyüşü fevral ayından may ayına təxirə salınmasına baxmayaraq, ingilisin zədəsi o vaxta qədər sağalmayacaq.
Aut.az xəbər verir ki, Cisora bu amilin Usikə üstünlük verdiyini idda edib.
“Fyuri döyüşməli, Usiklə mübarizədə daim hərəkət etməli olacaq. Amma onun zədəsi hələ sağalmayıb. O, yerində dayana bilmir.
Gözünün yaxınlığında bir kəsik qalıb və əminəm ki, Usık yaranı açmağı hədəfə alacaq. Beləliklə, qanlı döyüş ola bilər. Fyuri çox diqqətli olmalıdır”, – Çisora deyib.
Döyüş mayın 18-nə təyin edilib. Boksçulardan biri yarışa çıxa bilməsə, cərimə ödəməli olacaq.
Aut.az
