Türkiyənin iki klubu bu rusiyalını hədəfə alıb
Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Denis Makarov karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Aut.az xəbər verir ki, Makarova Türkiyənin “Göztəpə” və “Eyupspor” klubları maraq göstərir.
“Futbolçu Moskva klubunda az oyun müddətindən narazıdır və başqa komandaya icarəyə getməyə ümid edir”, – Sport24-ə vəziyyətlə tanış olan mənbə bildirib.
Bu mövsüm Makarov 13 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Türkiyə Superliqasında “Eyüpspor” 4-cü, “Göztəpə” 5-ci pillədə qərarlaşıb.
Aut.az
