Digər

“Dinamo”da yeni rəhbər

“Dinamo” reqbi klubunda yeni prezident seçilib.

Aut.az xəbər verir ki, klubun Müşahidə Şurasının qərarı ilə Adil Abdullayev bu posta təyin olunub.

Abdullayev bundan öncə 10 ildən çox QHT rəhbəri və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, Müşahidə Şurasının qərarı ilə Təbriz Həmdullayev klubun vitse-prezidenti seçilib. Klub qarşısında duran əsas vəzifə ən qısa zamanda heyəti formalaşdırıb, ölkə çempionatında yüksək nailiyyətlər əldə edərək beynəlxalq yarışlarda ölkəni layiqli təmsil etməkdir.