Messi Aquero ilə şərik oldu
Lionel Messi dostu və Argentina millisindəki komanda yoldaşı Serxio Aqueronun “KRU Esports” kiber idman klubuna sərmayə qoyub.
Aut.az xəbər verir ki, Aquero Leoyla şərik olduğunu klubun “Twitter” səhifəsində açıqlayıb.
Bu yatırım sayəsində “KRU Esports” həm əsas komandası, həm də akademiyası qurulacaq.
Serxio Aguero 2020-ci ilin oktyabrında KRU esports klubunu təsis edib. Klub bir futbol oyunçusu ilə başlayıb, indi “KRU Esport”s “Valorant” və “Rocket League” komandalarına sahibdir.
