Dünya futbolu

Əfsanəvi braziliyalı onunla dostluğu bitirəcək?

Əfsanəvi braziliyalı müdafiəçi Kafu zorlama ittihamı ilə həbsə məhkum edilmiş Braziliya millisinin sabiq futbolçusu Dani Alveş haqqında danışıb.

Aut.az xəbər verir ki, Kafu Rusiya mətbuatına müsahibəsində Alveşlə yaxın dost olduğunu bildirib.

“Biz kifayət qədər yaxınıq. Ümumiyyətlə, hər hərəkətin bir reaksiyası olduğunu deməyə öyrəşmişəm. Biz öz əməllərimizə görə məsuliyyət daşımalıyıq.

Dani Alveş etdiyi əmələ görə qanun qarşısında cavabdehdir. Amma bunun bizim dostluğumuza təsiri olmayacaq.

Onunla bu haqda danışmaq imkanımız olmadı. Həbsdə olanda onunla heç kimin əlaqəsi yox idi”, – Kafu bildirib.

Xatırladaq ki, Dani Alveş zorlama ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Aut.az