İspaniya

Pulu doğma klubundan üstün tutdu

İspaniya millisinin ilə dünya və ikiqat Avropa çempionu olan Serxio Ramos bu yay “Sevilya”nı tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Bildirilir ki, 38 yaşlı müdafiəçi mövsümdə təxminən 2 milyon avro qazanır. Bu da keçən yay ona təklif olunan maaşdan xeyli azdır.

Qeyd olunur ki, “Sevilya” hələlik Ramosa iyunda başa çatacaq müqavilənin müddətini uzatmağı təklif etməyib. O, karyerasını başqa klubda davam etdirmək üçün mümkün variantları nəzərdən keçirməyə başlayıb.

Qeyd edək ki, “Sevilya” maliyyə feyr-pleyinə əməl etmək üçün futbolçuların maaşlarını azaltmalı olub. Bu prosesin davam edəcəyi bildirilir.

Qeyd edək ki, bu mövsüm Ramos yetirməsi olduğu “Sevilya”nın heyətində bütün turnirlərdə 29 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.