Zədəli Messinin son durumu açıqlandı
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino bud nahiyəsindən zədə alan Lionel Messinin vəziyyəti barədə danışıb .
Aut.az xəbər verir ki, “Mundo Deportivo” Martinonun sözlərindən sitat gətirib.
“Messi sağalır, artıq bir neçə gündür meydandadır və hər gün yaxşılaşır. Biz onun sağalmasını diqqətlə izləyirik. Meydana qayıtmaq üçün hələ çox tezdir. Ən azı gələn həftəyə qədər gözləmək lazımdır. Onun məşqə çıxdığı cəmi dörd gündür”, – Martino bildirib.
Xatırladaq ki, aprelin 3-də “İnter Mayami” KONKAKAF Çempionlar Liqasının 1/4 finalında “Monterrey”lə qarşılaşacaq.
Bu mövsüm Messi bütün turnirlərdə 5 matçda iştirak edib və 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
Aut.az
